Bank Of Baku

Azərbaycan əhalisinin nağd avro alışı artıb

Azərbaycan əhalisinin nağd avro alışı artıb
# 05 iyun 2009 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin yanvar-aprel ayları ərzində 291 228 200 avro məbləğində avro üzrə nağd mübadilə əməliyyatları keçirilib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 13,2% artıb. Nağd avro üzrə əməliyyatların strukturunda 18 115 500 avro banklar tərəfindən alış, 273 112 700 avro isə satış əməliyyatlarının payına düşür. Beləliklə, yanvar-aprel ayları ərzində əhali tərəfindən nağd avronun alınması satışı 15,2 dəfə üstələyir. Qeyd edək ki, ötən ilin yanvar-apreli ilə müqayisədə əhalinin nağd avronun satışı 68%, alışı isə 11% artıb.
Beləliklə, Azərbaycanda əhali tərəfindən dünyanın əsas valyutaları olan avro və dolların fəal alınması müşahidə olunur. Yanvar-aprel aylarında nağd dollar üzrə əməliyyatların strukturunda 388,8 mln. dollar banklar tərəfindən əhali tərəfindən satış, 2,61 mlrd. dolları isə alış əməliyyatları təşkil edib. Bu göstəricilər hər iki valyutanın Azərbaycanda yüksək tələbata malik olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR