Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin ləğvi ilə bağlı iyunun 9-da iclas keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin ləğvi ilə bağlı iyunun 9-da iclas keçiriləcək
# 05 iyun 2009 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il iyun ayının 9-da Bakıda «Azər-Asiya» Azərbaycan-İran müştərək sığorta şirkəti səhmdarlarının növbəti yığıncağı keçiriləcək. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, iranlı səhmdarların iştirakı ilə keçiriləcək iclasda əsas müzakirə obyekti səhmdarlar tərəfindən şirkətin ləğv olunması ilə bağlı komissiyanın yaradılması məsələsi olacaq.

Qeyd edək ki, cəmiyyətin sonuncu iclası bu ilin may ayında keçirilib. İclasda ləğvetmə komissiyasının yaradılması üçün yetərsay olmayıb.

Qeyd edək ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi, lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

İranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edirlər. Xarici səhmdarlar bu cür nöqsanlara yol vermə hallarının qanuna zidd olduğunu və şirkətin lisenziyasının ləğvinə yol verməyəcəklərini bildiriblər.

İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar. Lakin səhmdarlar məsələnin siyasiləşməsini problemin həllinə imkan yaratmadığını vurğulayırlar.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR