Bank Of Baku

BVF: Bu il Azərbaycanın iqtisadi artım tempinin azalmasına baxmayaraq, bu göstərici müsbət səviyyədə qalacaq

BVF: Bu il Azərbaycanın iqtisadi artım tempinin azalmasına baxmayaraq, bu göstərici müsbət səviyyədə qalacaq
# 05 iyun 2009 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Azərbaycanın iqtisadi artım tempi bir qədər azalacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze BVF-in 2009-cu ilin aprel ayının sonunadək dövrü əhatə edən Dünya İqtisadi Perspektivləri sənədinin yeniləşdirilməsinə dair mətbuat konfransında bildirib. K. Qvenetadze qeyd edib ki, cari ilin sonuna BVF-in proqnozlarına görə, Azərbaycanın iqtisadi artım tempinin azalmasına baxmayaraq, müsbət səviyyədə qalacaq. Belə ki, proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanın iqtisadi artım tempinin 2,5%, 2010-cu ildə isə 12,3% təşkil edəcəyi gözlənilir. «Bu ilin sonunda dünya ölkələrinin 75%-nin iqtisadi artım tempinin mənfi olacağı gözlənilir. Odur ki, Azərbaycanın bu göstəricisinin azalaraq müsbət səviyyədə qalması yaxşı hal kimi qiymətləndirilir», - deyə BVF-nin rəsmisi bildirib.

K. Qvenetadze onu da bildirib ki, 2009-cu ilin sonunda Azərbaycanda qeyri-neft sektorunun artım tempinin 4%, neft sektorunun artım tempi isə 1% təşkil edəcəyi proqnozlaşdırılır: «Biz bu proqnozları neftin 1 barelinin 52 ABŞ dolları olduğu vaxtda tərtib etmişik. Hazırda neftin qiyməti bir qədər artıb və əgər bu artım davam edərsə, cari ilin sonunda Azərbaycanın həm neft, həm də qeyri-neft sektorlarında olan artım templəri bir qədər də yüksək olacaq».

Qeyd edək ki, ötən il Azərbaycanın iqtisadi artım tempi 10,8%, qeyri-neft sektorunun artım tempi 15,7%, neft sektorunun artım tempi isə 7% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR