Bank Of Baku

Azərbaycan banklarının sərəncamındakı nağd vəsaitlərin həcmi azalmaqdadır

Azərbaycan banklarının sərəncamındakı nağd vəsaitlərin həcmi azalmaqdadır
# 05 iyun 2009 10:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin tərkib hissəsi olan nağd vəsaitlərin həcmi 2009-cu ilin mayın 1-nə 389,98 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 70,6 mln. manat və ya 15,3% azdır. Bankların sərəncamında olan nağd vəsaitləri aprel ayında 70,75 mln. manat və ya 15,4% azalıb. Eyni zamanda nağd vəsaitlərin aktivlərdə xüsusi çəkisi üzrə də azalma müşahidə olunub. Belə ki, bu göstərici ilin əvvəlində 4,48%, aprelin əvvəlində 5,23% təşkil edibsə, mayın 1-nə 4,33% olub. Nağd vəsaitlərin mütləq göstəriciləri üzrə həcmin və xüsusi çəkisinin azalması bankların ani likvidliyinin bir qədər azalmasından xəbər verir. Eyni zamanda nağd vəsaitlərin yüksək olması bankın sərəncamında olan ümumi vəsaitlərin səmərəsiz istifadəsinin göstəricisidir. Bundan əlavə, bankların kassalarında nağd vəsaitlərin toplaması bank sistemində artıq yaranmış və ya yaranması gözlənilən problemlərindən irəli gəlir ki, həmin hallarda banklar 100%-lik likvidliyə malik olan aktivləri öz sərəncamlarında toplasın. Azərbaycan kommersiya banklarında nağd vəsaitlərin qənaətbəxş dinamikasını nəzərə alaraq, qeyd etmək lazımdır ki, müxtəlif böhran əlamətlərin mövcud olduğuna baxmayaraq, bank sistemində hər hansı gözlənilməyən hadisələr və amillər baş vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR