Bank Of Baku

Beynəlxalq Valyuta Fondu 2009-cu ilin sonunda Azərbaycanın dövlət büdcəsində kəsrin olacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu 2009-cu ilin sonunda Azərbaycanın dövlət büdcəsində kəsrin olacağını proqnozlaşdırır
# 05 iyun 2009 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ilin sonunda Azərbaycanın dövlət büdcəsində kiçik kəsrin olacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə BVF-in Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze Fondun 2009-cu ilin aprel ayının sonunadək dövrü əhatə edən Dünya İqtisadi Perspektivləri sənədinin yeniləşdirilməsinə dair mətbuat konfransında bildirib.
BVF rəsmisinin sözlərinə görə, 2009-cu ildə Azərbaycanın fiskal balansında kiçik kəsr olacaq, hökumətin xərcləri artacaq, 2010-cu ildə isə büdcədə profisitin müşahidə olunması proqnozlaşdırılır: «Hazırda dünya bazarlarında neftin qiymətinin artması müşahidə olunur. Əgər neftin qiymətinin artması il boyu davam edərsə, Azərbaycanın dövlət büdcəsində 2009-cu ildə kəsr müşahidə olmayacaq, 2010-cu ildəki profisitin isə proqnozlardan daha artıq olacağı gözlənilir».
K. Qvenetadze onu da qeyd edib ki, neftin qiyməti dəyişdikcə BVF də proqnozlarını dəyişdirəcək.
Qeyd edək ki, ötən il Azərbaycan dövlət büdcəsinin gəlirləri 10,763 mlrd. manat, xərcləri isə 10,774 mlrd. manat təşkil edib. Nəticədə 11 mln. manatlıq defisit yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR