Bank Of Baku

Bu il dünyada ÜDM-in həcmi 1,3% azalacaq

Bu il dünyada ÜDM-in həcmi 1,3% azalacaq
# 05 iyun 2009 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunda dünyada ümumi daxili məhsulun (ÜDM) həcmi 1,3% azalacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze bildirib. K. Qvenetadzenin sözlərinə görə, 2009-cu ildə dünya ÜDM-nin azalmasına baxmayaraq, 2010-cu ildə bu göstəricinin 1,9% artacağı proqnozlaşdırılır: «Qlobal maliyyə böhranı dövründə bir sıra dünya ölkələrində ÜDM kəskin azalacaq, işsizlik artacaq. Dünya ölkələrinin ¾ hissəsinin ÜDM-i artmayacaq və ya geriləmə olacaq».

BVF rəsmisi onu da qeyd edib ki, 2007-2010-cu illər ərzində dünyanın maliyyə sektorunun ümumi itkiləri 4 trln. dollara çatacaq, bunun 2,7 trln. dollarının ABŞ investorlarının vəsaiti olacağı proqnozlaşdırılır.
«Maliyyə böhranının qarşısını almaq üçün bir sıra makroiqtisadi tədbirlər görülməli, kreditlərin şərtlərinə yenidən baxılmalıdır. Məhz bu amillər maliyyə sabitliyini təmin edəcək», - deyə K.Qvenetadze bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR