Bank Of Baku

Cahangir Hacıyev növbəti müddətə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri seçilib

Cahangir Hacıyev növbəti müddətə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri seçilib
# 05 iyun 2009 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının ümumi iclasında bankın İdarə Heyətinin tərkibi müəyyənləşib.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, Cahangir Hacıyev növbəti müddətə bankın İdarə Heyətinin sədri seçilib.

Emil Mustafayev bankın İdarə Heyəti sədrinin birinci müavini, Vaqif Əkbərov, Əsgər Məmmədov və Rövşən Kərimov isə sədr müavinləri vəzifəsinə təsdiq olunublar.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40% xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 3 308,797 mln. manat, depozit portfeli 1 606,810 mln. manat, kredit portfeli 2 279,951 mln. manat, məcmu kapitalı 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 193,834 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR