Bank Of Baku

«TBC Kredit» girovsuz kreditləşməni bərpa edib

«TBC Kredit» girovsuz kreditləşməni bərpa edib
# 05 iyun 2009 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatı bu ilin iyun ayından etibarən müştərilərə «Təcili Pul» adlı yeni kredit məhsulunu təqdim edib.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, «Təcili Pul» girovsuz kreditdir və borcalana onu istənilən məqsədlər üçün istifadə etməyə imkan verir.

Kredit məhsulunun şərtlərinə əsasən, kreditin maksimal məbləği 3 min manat, müddəti isə 12 aydır. Kreditin məbləği müştərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən olunur, həmçinin ailənin ümumi gəliri də nəzərə alınır. Kreditin alınması üçün təşkilata şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, zamin və gəlir haqqında arayış təqdim etmək lazımdır

Qeyd edək ki, «TBC Credit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb.

SOA Credit qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı TBC Bankın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.

Cari ilin yanvar ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 18,5 mln. ABŞ dolları, məcmu kapitalı 10,80 mln. dollar, nizamnamə kapitalı 10 mln. dollar, müştərilərinin sayı 1336, işçilərinin sayı isə 66 nəfər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR