Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun missiyasının Azərbaycana səfəri təxirə salınıb

Beynəlxalq Valyuta Fondunun missiyasının Azərbaycana səfəri təxirə salınıb
# 05 iyun 2009 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) IV maddə üzrə icmal missiyasının Azərbaycana səfəri təxirə salınıb. Bu barədə «APA-Economics»ə BVF-in Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze bildirib. K. Qvenetadzenin sözlərinə görə, missiya Azərbaycana bu ilin iyun ayında səfər etməli idi: «Lakin bəzi səbəblərə görə, BVF-in IV maddə üzrə icmal missiyasının səfəri bu ilin sentyabr ayına keçirilib. Missiyaya BVF-in rəsmisi xanım Valeriya Fikera başçılıq edəcək».
Qeyd edək ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan Azərbaycan hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR