Bank Of Baku

«Kapital Bank»ın İdarə Heyətinin sədri dəyişdirilib

«Kapital Bank»ın İdarə Heyətinin sədri dəyişdirilib
# 05 iyun 2009 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr təyin edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə sözügedən bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Elmar Məmmədov təyin edilib.

Bankdan bildirib ki, İdarə Heyətindəki dəyişiklik sabiq sədr Rauf Rzayevin səlahiyyət müddətinin başa çatması, eyni zamanda bankın İdarə Heyətinə yeni üzvlərin təyinatı ilə bağlı olub.

Qeyd edək ki, İdarə Heyətinin sədri, həmçinin Heyətin yeni tərkibi bu ilin iyun ayının 9-da keçiriləcək səhmdarlarının ümumi iclasında təsdiqlənəcək.

Xatırladaq ki, bu ilin mart ayının 31-də səhmdarların ümumi iclasında bankın Müşahidə Şurasının tərkibi formalaşıb. Vadim Şneyer bankın Müşahidə Şurasının sədri, Rauf Hacıyev, Nofəl Rzayev, Araz Ağayev və Fərhad Əmirbəyov Şuranın üzvləri seçiliblər.

«Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) daxildir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 341,534 mln. manat, depozit portfeli 174,914 mln. manat, kredit portfeli 168,059 mln. manat, məcmu kapitalı 76,754 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 89 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR