Bank Of Baku

«CredAgro» təmir işlərinin aparılması üçün tender keçirir

«CredAgro» təmir işlərinin aparılması üçün tender keçirir
# 08 iyun 2009 06:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatı bu il ərzində təmir işlərinin aparılması ilə əlaqədar tender elan edib.

Kredit təşkilatından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək üçün yazılı müraciət, bir sıra sənəd, həmçinin işləri yerinə yetirmək üçün şirkətin potensial imkanları haqqında məlumat (indiyə qədər görülən işlərin siyahısı, il ərzində aparılan tikinti işlərinin həcmi və s.) tələb olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri iyunun 19-dək «CredAgro»nun baş ofisinə (Bakı şəhəri, Həsən Əliyev küçəsi,63) təqdim etməlidir. İddiaçıların sənədləri isə iyunun 22-də açılacaq.

Əlaqə teleonları: (+99412) 564-27-90/91.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. «CredAgro» tərəfindən ayrılan kreditlər illik 25-36% dərəcəsi ilə verilir.

Cari ilin aprel ayının 1-nə təşkilatın kredit portfeli 40,625 mln. manat, müştərilərin sayı isə 14 773 nəfər təşkil edib. Hazırda təşkilatın respublika üzrə 13 filialı və 8 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR