Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanın dövlət borcu ÜDM-ə nisbətən 11,8%-ə çatacaq

Beynəlxalq Valyuta Fondu: Bu il Azərbaycanın dövlət borcu ÜDM-ə nisbətən 11,8%-ə çatacaq
# 08 iyun 2009 10:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Azərbaycanın dövlət borcu ümumi daxili məhsula (ÜDM) nisbətən 11,8% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) 2009-cu ilin aprel ayının sonunadək müddəti əhatə edən dövr əsasında tərtib etdiyi «Dünya İqtisadi Perspektivləri»nin yeniləşdirilmiş versiyasında əks olunub.

Sənəddə həmçinin qeyd olunub ki, 2009-cu ilin sonunda ÜDM-yə nisbətən Gürcüstanın dövlət borcu 26,1%, Ermənistanın borcu 27,7%, Qazaxıstanın borcu – 11,4%, Türkmənistanın borcu – 2,3%, Özbəkistanın borcu – 10,4%, Qırğızıstanını borcu - 51,9%, Tacikistanını borcu isə 39,2% təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin hesablamalarına əsasən, 2009-cu ilin yanvarın 1-nə Azərbaycanın dövlət borcu 3 mlrd. ABŞ dollarına bərabər olub. Bu da ÜDM-yə nisbətən 6,4% təşkil edib.

Xatırladaq ki, BVF-nin proqnozlarına əsasən, 2009-cu ildə Azərbaycanda iqtisadi artım tempi 2,5%, 2010-cu ildə isə 12,3% təşkil edəcək. Ötən il isə Azərbaycanda real iqtisadi artım tempi 10,8% səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR