Bank Of Baku

«United Credit Bank»ın depozit portfeli ilin əvvəlindən 7% artıb

«United Credit Bank»ın depozit portfeli ilin əvvəlindən 7% artıb
# 08 iyun 2009 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2009-cu ilin iyun ayının 1-nə 33,248 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 2,8% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,4% artaraq 24,442 mln. manata, depozit portfeli 6,6% genişlənərək 9,004 mln. manata, öhdəlikləri isə 9,4% artaraq 15,420 mln. manata çatıb.

Bankın depozit portfelinin strukturunda müddətli depozitlərin həcmi 18% artaraq 7,425 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 6,8% genişlənərək 5,749 manat təşkil edib.

Həmçinin, bu ilin iyun ayının 1-nə bankın məcmu kapitalı 13,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat olub.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində bankın ümumi gəlirləri 2,172 mln. manat, o cümlədən faiz gəlirləri 1,980 mln. manat, qeyri-faiz gəlirləri isə 0,192 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 2,454 mln. manat, o cümlədən faiz xərcləri 0,752 mln. manat, qeyri-faiz xərcləri 1,702 mln. manat olub. Nəticədə, bank bu ilin ilk 5 ayını 0,282 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR