Bank Of Baku

Asiya İnkişaf Bankının layihə idarəetməsi üzrə baş mütəxəssisi Azərbaycana gəlib

Asiya İnkişaf Bankının layihə idarəetməsi üzrə baş mütəxəssisi Azərbaycana gəlib
# 22 iyun 2009 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) layihə idarəetməsi üzrə baş mütəxəssisi Radhakrişna Narasimham (Radhakrishna Narasimham) Azərbaycana gəlib.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 26-dək davam edəcək səfərin məqsədi Azərbaycanda Maliyyə Açıqlığı Standartlarının Təkmilləşdirilməsi Layihəsinin icrasına başlanmasına dair müzakirələrin aparılmasıdır: «Layihədə üç ölkənin korporativ və maliyyə sektorlarında idarəetmə praktikasının təkmilləşdirilməsi, mühasibatlıq standartlarının Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (BMHS) və audit standartlarının Beynəlxalq Audit Standartlarına (BAS) uyğunlaşdırılması nəzərdə tutulur». İlkin olaraq layihənin dəyəri 600 min ABŞ dolları həcmində qiymətləndirilir.

Analoji layihənin həmçinin Gürcüstan və Ermənistanda da həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR