“İsrail İrana zərbə endirməyi dayandırıb, lakin Tehrandan gələn hər hansı bir hücuma cavab vermək hüququnu özündə saxlayır”.
APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə çıxışı zamanı deyib.
“Hazırda atəşkəs qüvvədədir. Çünki Tehrandakı rejimə zərbələr endirdikdən sonra onlar bizə hücum etməyi dayandırdılar. Əgər İran rejimi yenidən bizə hücum etmək kimi səhvə yol versə, bütün gücümüzlə cavab verəcəyik”, – Netanyahu vurğulayıb.