Bank Of Baku

«United Credit Bank»ın maliyyə göstəriciləri üzrə ilin sonunadək əhəmiyyətli artım gözlənilir

«United Credit Bank»ın maliyyə göstəriciləri üzrə ilin sonunadək əhəmiyyətli artım gözlənilir
# 23 iyun 2009 05:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin sonuna kimi aktivlərini 20,3% artıraraq 40 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azad İsgəndərov bildirib.

A.İsgəndərovun sözlərinə görə, bankın kapitallaşması ilə yanaşı kredit və depozit portfellərində də artım gözlənilir. Belə ki, ilin sonunadək kredit portfelinin 22,7% artaraq 30 mln. manata, depozit portfelinin isə 66,6% genişlənərək 15 mln. manata çatdırılacağı proqnozlaşdırılır.

Xatırladaq ki, cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 33,248 mln. manat, kredit portfeli 24,442 mln. manat, depozit portfeli 9,004 mln. manat, məcmu kapitalı 13,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.

Təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» SKB 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.

Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR