Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalır

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalır
# 23 iyun 2009 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 888,3 mln. ABŞ dolları, o cümlədən idxal 558,9 mln., ixrac isə 329,4 mln. dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, keçən ilin yanvar-aprel aylarına nisbətən həmin ölkələrlə ticarət dövriyyəsinin həcmi 19,9%, idxal 10%, ixrac isə 32,6% azalıb.

Bundan başqa, 2009-cu ilin yanvar-aprel aylarında Azərbaycana 9 mln. dollar həcmində və ya 2008-ci ilin eyni dövründə olduğundan 33,1% az humanitar və texniki yardım şəklində müxtəlif növ mallar daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR