Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin artımı davam edir

Azərbaycanda bank əmanətlərinin artımı davam edir
# 24 iyun 2009 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin həcmi 2009-cu ilin iyun ayının 1-nə 1 912,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% çoxdur.

Xatırladaq ki, cari ilin əvvəlindən başlayaraq, birinci rüb ərzində əmanətlərin həcmi 131 mln. manat azalıb, lakin sonrakı iki ay ərzində artım müşahidə olunub. Belə ki, əmanətlər apreldə 93,1 mln. manat, mayda isə 47,1 mln. manat artıb. Nəticədə, cari ilin əvvəlindən əmanətlərin həcmi 9,2 mln. manat artıb ki, bu da 2009-cu ildə ilk dəfə baş verib. Yəni, iyunun 1-dək bank sistemindəki əmanətlər ilin əvvəli ilə müqayisədə aşağı səviyyədə olub.

Birinci rübdə əmanətlərin azalmasının əsas səbəbi banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılması olub. Belə ki, banklar tərəfindən kreditlərin verilməməsi, şərtlərin sərtləşdirilməsi, müəyyən məhdudiyyətlərin qoyulması nəticəsində sahibkarlar və əvvəllər istehlak kreditlərindən fəal istifadə edən fiziki şəxslər investisiya qoyuluşu üçün öz əmanət hesablarından istifadə etmək məcburiyyətində qalıblar. Göründüyü kimi, aprel ayından bu tendensiya dəyişib və kreditlərin, bank aktivlərinin artması ilə paralel, əmanətlər də artmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR