Bank Of Baku

Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının müdafiəsi üzrə aparılmış ilkin qiymətləndirmənin təqdimatı keçirilib

Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının müdafiəsi üzrə aparılmış ilkin qiymətləndirmənin təqdimatı keçirilib
# 24 iyun 2009 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) «Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının müdafiəsi və maliyyə savadlılığı» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarda Dünya Bankı tərəfindən Azərbaycan hökuməti ilə maliyyə sektoru üzrə əməkdaşlıq çərçivəsində maliyyə xidmətləri istehlakçılarının müdafiəsi üzrə aparılmış ilkin diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı hesabatın təqdimatı dinlənilib.

Tədbirdə AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ölkədə ictimaiyyətin maliyyə savadlılığının artırılmasının aktual məsələ olduğunu bildirib. Bu baxımdan Dünya Bankı ilə hazırlanmış hesabatın nəticələrinin təqdimatının keçirilməsi mühüm əhəmiyyət kəsb edir: «Aparılmış qiymətləndirmə Azərbaycanın bank, sığorta və kapital bazarını əhatə edib. Bu, Mərkəzi Bankın həyata keçirdiyi siyasətin bir istiqamətidir».

A.Quliyevin sözlərinə görə, hazırlanmış hesabat ilkin sənəd hesab olunur və növbəti mərhələdə sənədin müzakirə edilərək daha da genişləndirilməsi nəzərdə tutulub.

AMB-nin Beynəlxalq əlaqələr Departamentinin direktoru Fərid Baxşıyevin sözlərinə görə, aparılmış qiymətləndirmə 2005-ci ildə Dünya Bankı ilə AMB arasında imzalanmış «Azərbaycanın maliyyə sisteminin modernləşdirilməsi Layihəsi» çərçivəsində həyata keçirilib. Layihə bir neçə istiqamət üzrə hazırlanıb ki, burada bank və sığorta sahələrinin mövcud qanunvericilik bazası da qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR