Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi: «Azər-Asiya» şirkətinin lisenziyası birdəfəlik ləğv edilib

Azərbaycan Maliyyə Nazirliyi: «Azər-Asiya» şirkətinin lisenziyası birdəfəlik ləğv edilib
# 24 iyun 2009 11:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın sığorta xidmətləri bazarında «Azər-Asiya» adlı şirkət fəaliyyət göstərmir. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib: «Bu şirkətin lisenziyası artıq bir ildən çoxdur ki, ləğv edilib».

N.Xəlilovun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən sözügedən şirkətə yeni müddətə lisenziyanın verilməsindən imtina olunub və həmin şirkət qanunvericiliklə ləğv edilib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub. Şirkətin səhmdarları isə fəaliyyəti bərpa etmək fikrindədir.

Qeyd edək ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR