Bank Of Baku

Azərbaycanın aparıcı bankının reytinqləri azaldılıb

Azərbaycanın aparıcı bankının reytinqləri azaldılıb
# 24 iyun 2009 13:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev, Elmin İbrahimov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) bir neçə reytinqini endirib. «APA-Economics»in məlumatına görə, ABB-nin milli valyutada uzunmüddətli və qısamüddətli reytinqləri «Baa2/Prime-2»dən «Baa3/Prime-3»dək, subordinasiya olunmuş borc öhdəliklərinin uzunmüddətli reytinqi isə «Baa3»dən «Ba1»dək endirilib. Həmçinin, bu reytinqlər üzrə proqnoz «neqativ» kimi qiymətləndirilib.

Bundan başqa, «Moody’s Investors Service» agentliyi xarici valyutada depozitlər üzrə uzunmüddətli reytinqin proqnozunu «müsbət»dən «sabit»ə dəyişib ki, bu da xarici valyutada depozitlər üzrə Azərbaycanın ümumi reytinqinin ən yüksək həddinin proqnozunun agentlik tərəfindən «müsbət»dən «sabit»ə dəyişməsi ilə əlaqəlidir. Çünki hər hansı bankın xarici valyutada depozitlər üzrə uzunmüddətli reytinqi ölkənin reytinqindən yüksək ola bilməz.

Xatırladaq ki, Azərbaycan üzrə sözügedən proqnoz «Moody’s Investors Service» agentliyi tərəfindən iyunun 19-da dəyişdirilib.

Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 3 308,797 mln. manat, depozit portfeli 1 606,810 mln. manat, kredit portfeli 2 279,951 mln. manat, məcmu kapitalı 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 193,834 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR