Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Qaradağ Sement»ə kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı «Qaradağ Sement»ə kredit ayıracaq
# 25 iyun 2009 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC arasında 170 mln. avro məbləğində kreditin ayrılmasına dair saziş imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Azərbaycan nümayəndəliyinin başçısı Frensis Deley bildirib.

AYİB tərəfindən «Qaradağ Sement» ASC-yə ayrılacaq kredit şirkətin modernləşdirilməsi və inkişafına yönəldiləcək. Belə ki, «Qaradağ Sement» şirkəti gündəlik klinker istehsalını 2 616 tondan 4 min tonadək, sement istehsalını 1,1 mln. tondan 1,7 mln. tonadək artırmağı planlaşdırır.

Qeyd edək ki, AYİB kreditin 150 mln. avro məbləğində hissəsini digər banklardan cəlb edəcək, 20 mln. avronu isə öz vəsaitləri hesabına ödəyəcək. Bundan başqa, «Qaradağ Sement» zavodunun 1999-cu ildə 86% səhmini əldə edən İsveçrənin «Holcim» şirkəti də 30 mln. avro məbləğində vəsait ayıracaq.

«Qaradağ Sement»lə bağlı layihə bu il həyata keçiriləcək və artıq iyulda tərəflər arasında sazişin imzalanması gözlənilir», - deyə F.Deley bildirib.

Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda «Holcim» (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR