Bank Of Baku

«Muğan Bank» bu il əsas maliyyə göstəriciləri üzrə ciddi artım proqnozlaşdırır

«Muğan Bank» bu il əsas maliyyə göstəriciləri üzrə ciddi artım proqnozlaşdırır
# 25 iyun 2009 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin 2009-cu ilin sonuna kimi 37,6% artaraq 150 mln. manata, kredit portfelinin isə 66,7% artaraq 100 mln. manata çatacağı proqnozlaşdırılır.

Bankın İdarə Heyətinin sədri Elmir Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, ilin sonunadək bankın depozit portfeli və məcmu kapitalında da artım gözlənilir. Belə ki, cari ilin sonunadək depozit portfelinin 2,2 dəfə artaraq 95 mln. manata, məcmu kapitalın isə 35% artaraq 27 mln. manata çatacağı ehtimal olunur.

E.Həsənov onu da qeyd edib ki, 2009-cu ildə bankın 1,3 mln. manat həcmində mənfəət əldə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 108,783 mln. manat, depozit portfeli 44,170 mln. manat, kredit portfeli 69,753 mln. manat, məcmu kapitalı 20,428 mln. manat, o cümlədən nizamnamə kapitalı 18 mln. manat təşkil edib.

«Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 25 filialı, o cümlədən Bakıda 17 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR