Bank Of Baku

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin alınması üçün 530 müraciət daxil olub

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin alınması üçün 530 müraciət daxil olub
# 27 iyun 2009 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa ediləndən sonra (iyun ayının 1-dən) bu günədək müvəkkil kredit təşkilatları tərəfindən ipoteka krediti almaq məqsədilə müraciət etmiş 500-dən artıq vətəndaşın rəsmi ərizələri qəbul edilib.

Azərbaycan İpoteka Fondundan «APA-Economics»ə verilən məlumata görə, daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 22 mln. manatdan çoxdur.

Həmçinin, bu ilin iyun ayının 16-dan güzəştli ipoteka kreditləri almaq istəyən şəxslərdən ümumi məbləği 1 mln. manata yaxın olan 28 müraciət qəbul olunub.

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 34 mln. manat vəsait ayrılıb. Dövlət vəsaiti ilə ipoteka kreditləri maksimum illik 8%, sosial ipoteka kreditləri isə 4% dərəcəsi ilə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR