Bank Of Baku

«AzSığorta» şirkətinin rəhbərliyi istefa verib

«AzSığorta» şirkətinin rəhbərliyi istefa verib
# 14 sentyabr 2009 09:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin İdarə Heyəti bütövlüklə istefa verib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «AzSığorta»nın İdarə Heyətinin sədri Əmir Adeli, sədr müavinləri Xəyal Məmmədxanlı və Faiq Hüseynov tutduqları vəzifədən istefa veriblər və bunun bağlı müvafiq ərizələrlə Müşahidə Şurasına müraciət ediblər. Lakin istefa ərizələri hələ təsdiqlənməyib.

Şirkətdən bildirilib ki, həmin şəxslərin vəzifədən könüllü azad olmalarına səbəb «Azfinansbank» Səhmdar Kommersiya Bankı (SKB) Müşahidə Şurasının sədri Emre Timurkanla «AzSığorta» şirkəti İdarə Heyətinin üzvü, «Azfinansbank»ın Müşahidə Şuasının üzvü, bankın Müşahidə Şurasının sabiq sədri X.Məmmədxanlı arasında yaranmış mübahisədir.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR