Bank Of Baku

«AzSığorta» valideyn himayəsindən məhrum bir qrup uşağa məktəb hədiyyələri verib

«AzSığorta» valideyn himayəsindən məhrum bir qrup uşağa məktəb hədiyyələri verib
# 15 sentyabr 2009 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti xeyriyyəçilik məqsədilə 3 saylı uşaq evində bayram şənliyi təşkil edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, sağlıq cəhətdən əziyyət çəkən və valideyn himayəsindən məhrum olmuş 90-dan çox uşağa məktəb hədiyyələri verilib. Tədbirdə şirkətin Marketinq Departamentinin direktoru Telman Weber uşaqların yeni məktəb ilini təbrik edib və onlara vətənə layiq övladlar kimi yetişməyi arzulayıb.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR