Bank Of Baku

Böyük Britaniyada iqtisadi geriləmə tempi azalır

Böyük Britaniyada iqtisadi geriləmə tempi azalır
# 30 sentyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böyük Britaniyada ÜDM-in həcmi 2009-cu ilin II rübündə əvvəlki rüb ilə müqayisədə 0,6% azalıb. «APA-Economics»in məlumatına görə, eyni zamanda ötən ilin II rübünün göstəricisi ilə müqayisədə ÜDM-in azalması 5,5% təşkil edib.

Qeyd edək ki, cari ilin I rübündə əvvəlki rübə nisbətən Böyük Britaniyada iqtisadi geriləmə 2,4% olub.

Ölkənin tədiyyə balansının mənfi saldosu II rübün yekunlarına görə 11,4 mlrd. funta (18,24 mlrd. dollar) bərabər olub ki, bu da ÜDM-in 3,3%-ni təşkil edib. Cari ilin I rübünün yekunlarına görə tədiyyə balansının mənfi saldosu 4,1 mlrd. funt (6,56 mlrd. dollar) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR