Bank Of Baku

«Deutsche Bank»: Gələn il qızılın qiyməti rekord həddə çatacaq

«Deutsche Bank»: Gələn il qızılın qiyməti rekord həddə çatacaq
# 02 oktyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı mərkəzi bankları tərəfindən aparılan yumşaq pul-kredit siyasəti və büdcə kəsirləri ilə nəticələnən inflyasiya və dolların ucuzlaşması səbəbindən qızılın qiyməti 2010-cu ildə yeni rekord səviyyəyə çatacaq. «APA-Economics»in məlumatına görə, belə proqnozla «Deutsche Bank»ın mütəxəssisləri çıxış ediblər.

Bankın hesablamalarına görə, gələn il qızılın bir unsiyasının qiyməti 1 100 ABŞ dolları həddini aşacaq, dolların məzənnəsi isə 1,6 dollar/avro səviyyəsinə çatacaq. Qeyd edək ki, hələlik qızılın tarixi maksimal qiyməti 2008-ci ilin mart ayında müşahidə olunub və 1 030,8 dollar/unsiya təşkil edib.

«Deutsche Bank»ın hesabatında deyilir ki, qızılın bahalaşmasına dolların ucuzlaşmasının bərpası və inflyasiya dayanıqsızlığının artımı səbəb olacaq, çünki həmin amillər adətən qızıl bazarı üçün əlverişli olur. Belə ki, bank mütəxəssislərinin fikrincə, ABŞ-da uçot dərəcəsi aşağı səviyyədə qaldığı halda dolların ucuzlaşması, qızılın isə bahalaşması davam edəcək.

Qeyd edək ki, hazırda qızılın bir unsiyasının qiyməti 1 000,7 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR