Londonda I Beynəlxalq Azərbaycan İnvestisiya Sammiti keçiriləcək
«APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev, «AtaHolding»ın İdarə Heyətinin sədri Qafar Qurbanov, «Azneftkimyamaş» ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanov, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin icraçı direktoru Toğrul Köçərli, «AZEL» şirkəti Müşahidə Şurasının sədri İqor Yakovenko, «SW LLC Holding»in (Azerbaijan Airlines) prezidenti Zaur Axundov və bir sıra digər şəxslər tədbirə qatılaraq məruzələrlə çıxış edəcəklər.
Bununla yanaşı, toplantıda ABŞ Eximbank-ının Avropa və Mərkəzi Asiya bölgəsində beynəlxalq inkişaf üzrə direktor Brayan Sent Anjelo, «Eurasia Capital Management»in icraçı tərəfdaşı Əlişer Əli Cuminov, «The Sturgeon Investments»in investisiyalar üzrə baş direktoru Klimente Kappellonun iştirakı gözlənilir.
Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına ümumiyyətlə Azərbaycanın dövlət qurumaları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.
Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da artıq istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.
I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.
APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün oxucuları və abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.
Sammitin əsas mövzuları və tədbirləri:
* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;
* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;
* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;
* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları»:
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;
* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;
* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.
Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.
P.S. APA-nın bütün abunəçiləri və oxucuları sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində bu kod göstərilməlidir: YJ1APA
Sammitin daimi veb-saytları:
http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001
Əlaqələndirici şəxs: Vüqar M.Mustafayev, redaktor (APA-Economics)
Tel.: (+994 12) 596 33 57/58
Mob.: (+994 50) 316 24 64
E-mail: [email protected]
Web: www.apa.az
Maliyyə
Bu günün valyuta məzənnələri
Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır
Bakıda İİB Qrupunun 14-cü Özəl Sektor Forumu keçiriləcək
Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
Xəbər Lenti
Xaçmazda uzunqulaq dişləyən 70 yaşlı kişi ölüb
DYP “Son zəng” tədbirləri ilə bağlı müraciət edib
Dünya bazarlarında neft ucuzlaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Əmtəə bazarlarında qızıl 4 200 dollara düşüb
Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı təsdiqlənib
Bakıda maşın piyadanı vuraraq öldürüb
Xəzərdə zəlzələ olub
Azərbaycan neftinin qiyməti 95 dollar olub
Bu günün valyuta məzənnələri
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb
Norveç Ukrayna üçün dəniz dronlarına 120 milyon dollardan çox vəsait ayıracaq
"Bitcoin" 61 min dollara qədər ucuzlaşıb
Litva ordu üçün 1 milyard avroluq hərbi texnika alacaq
ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib
Bundestaq iqtisadi böhran səbəbindən deputat maaşlarının artırılmasından imtina edə bilər
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN: İyunun 7-də Araz çayında batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
Bolqarıstan Ukraynaya silah tədarükünü dayandıracaq
Britaniyada xarici dövlətlərlə əlaqəli təşkilatlara qarşı yeni qanun layihəsi təqdim olunub
Avropa Komissiyası Patriarx Kirillin sanksiya siyahısına salınmasını təklif edib
Ukrayna və Latviya pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq sazişi imzalayıb
CENTCOM: ABŞ Ordusu İrana zərbələri başa çatdırıb
Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir
İran Bəhreynin beşinci hərbi donanmasına hücum edib
ABŞ-ın nüvə silahlarına xərcləri 22 faiz artıb
CNN: ABŞ ümid edir ki, İrana endirilən yeni zərbələr danışıqları pozmayacaq
Fransa İsrailin maliyyə nazirinə qarşı sanksiya tətbiq edib
Almaniya Ukrayna üçün sursat proqramına əlavə 300 milyon avro ayıracaq
ABŞ bir il ərzində 13 yeni nəsil nüvə reaktorunu işə salmağı planlaşdırır
Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar
İranın bəzi şəhərlərində partlayışlar qeydə alınıb
Tramp İranın “Apache” helikopterinə hücumuna güclü cavab verilməsinin vacib olduğunu bildirib
ABŞ qüvvələri İrana qarşı özünümüdafiə məqsədli zərbələrə başlayıb
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
Tramp: ABŞ-ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr
Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb
Azərbaycan millisi San Marino yığmasını məğlub edib
Tramp: ABŞ İranda dağıdılmış infrastrukturun bərpasında iştirak edə bilər
“Renault” Fransa ordusu üçün kütləvi PUA istehsalına başlayır
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb - YENİLƏNİB-2
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr baş tutub
Əraqçi: Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar
NASA “Artemida-3” missiyasının heyətini açıqlayıb
ABŞ ucuz qanadlı raketlərin kütləvi istehsalına başlayacaq
Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib - VİDEO
Reuters: Tramp ailəsi kriptovalyuta layihələrindən 2,3 milyard dollar qazanıb
ABŞ vizaların sürətləndirilmiş rəsmiləşdirilməsi üçün 750 dollar ödəniş almağı planlaşdırır