Bank Of Baku

Avropa bankları bu il 400 mlrd. avro maliyyə itkisi ilə üzləşə bilər

Avropa bankları bu il 400 mlrd. avro maliyyə itkisi ilə üzləşə bilər
# 02 oktyabr 2009 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Avropa bankları ümumi dəyəri 400 mlrd. avro təşkil edən maliyyə vəsaitinin itkisi ilə üzləşə bilər. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə Avropa İttifaqının maliyyə mütəxəssisləri gəlib.

Mütəxəssislərin fikrincə, həmin vəziyyət Avropa iqtisadiyyatı pisləşsə 2010-cu ildə də təkrarlana bilər. Bununla belə, mütəxəssislər heç bir bankın müflisləşməyəcəyini düşünür. Belə ki, Avropa banklarının kapitalı ümumdünya bank standartları ilə təyin olunmuş lazımi minimumdan çoxdur.

İqtisadçıların fikrincə, hazırda avrozona dünya iqtisadiyyatının dirçəlməsi sayəsində tənəzzüldən çıxır. Bütün bunlara baxmayaraq, ekspertlər banklara ehtiyatlı olmağı tövsiyə edir. Belə ki, hazırda büdcə defisiti və işsizlik səviyyəsi davam edərək artmaqdadır.

Bununla yanaşı, mütəxəssislər Avropa İttifaqının bir sıra bankın bədbin vəziyyətdə və dövlət dəstəyinə ehtiyacı olduğunu bildirir.

Avrozona iqtisadiyyatının stabil artım səviyyəsinin isə 2010-cu ilin ikinci yarısında müşahidə olunacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR