Bank Of Baku

Azərbaycan bank sisteminin zərəri 39% azalıb

Azərbaycan bank sisteminin zərəri 39% azalıb
# 02 oktyabr 2009 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin cəmi mənfəəti (mənfəətlə işləyən 38 bank üzrə) 2009-cu ilin yanvar-avqust ayları ərzində 195,67 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 27,7 mln. manat və ya 16,5% artıb.

Eyni zamanda, zərərlə işləyən 8 bank üzrə məcmu zərərin həcmi 8,98 mln. manata bərabər olub ki, bu da son bir ildə həmin göstəricinin 5,74 mln. manat və ya 39% azalması deməkdir.

Nəticədə, banklar tərəfindən əldə edilmiş yekun mənfəət son bir ildə 33,44 mln. manat və ya 21,8% artaraq cari ilin yanvar-avqust aylarında 186,69 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR