Bank Of Baku

«Azərbaycan Kredit Bankı» gələn ay yeni beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq

«Azərbaycan Kredit Bankı» gələn ay yeni beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq
# 02 oktyabr 2009 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» Açıq Səhmdar Cəmiyyəti (ASC) bu ilin noyabr ayından etibarən «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayacaq. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.

R.Hüseynovun sözlərinə görə, artıq beynəlxalq qurumla sənədləşmə prosesi yekunlaşmaq üzrədir. Yaxın bir ay ərzində sənədləşmə və texniki məsələlər yekunlaşdıqdan sonra artıq noyabrın əvvəlindən sistem üzrə xidmətlərə başlanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda bank «Western Union», «Contact», «Bıstraya Poçta», «Migom» və «Lider» sistemləri üzrə də müştərilərə xidmət göstərir.

Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» SKB 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 25,170 mln. manat, kredit portfeli 22,268 mln. manat, depozit portfeli 3,627 mln. manat, məcmu kapital 11,766 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,205 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR