Bank Of Baku

Azərbaycan əhalisi nağd dolların alışını azaldıb

Azərbaycan əhalisi nağd dolların alışını azaldıb
# 02 oktyabr 2009 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd ABŞ dollarının həcmi 2009-cu ilin avqust ayında 129 606 100 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 15,7% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alış həcmi isə avqustda 400 098 000 dollara bərabər olub ki, bu da analoji iyul göstəricisindən 0,2% azdır.

Ötən ilin avqust ayı ilə müqayisədə isə əhalinin nağd dollarla əməliyyatlarında artım müşahidə olunur. Belə ki, ötən ilin avqustunda əhali tərəfindən 121 449 000 dollar məbləğində satış və 317 341 800 dollar məbləğində alış əməliyyatları aparılıb.

Beləliklə, Azərbaycanda əhali tərəfindən nağd dolların satışı alış həcmini 3,1 dəfə üstələyir. Müqayisə üçün qeyd edək ki, ötən ilin avqust ayında bu göstərici 2,6 dəfə təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR