Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında valyuta ehtiyatlarının həcmi 102,4 mln. dollar və ya 2% artıb.
Eyni zamanda, cari ilin əvvəlindən valyuta ehtiyatları 1 033,4 mln. dollar və ya 16,8% azalıb:
Cədvəldən göründüyü kimi, bu il valyuta ehtiyatlarının dinamikasında əhəmiyyətli dəyişkənlik müşahidə olunub ki, bu da dünya maliyyə və iqtisadi böhranla əlaqəlidir. Çünki dünya maliyyə bazarlarında hələ də qüvvədə olan qeyri-müəyyənlik Azərbaycanın rəsmi valyuta ehtiyatlarının sabit artım dinamikasının formalaşmasına imkan vermir.