Bank Of Baku

«Royal Bank» ilin sonunadək plastik kartların sayını 50% artıracaq

«Royal Bank» ilin sonunadək plastik kartların sayını 50% artıracaq
# 02 oktyabr 2009 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) cari ilin sonuna kimi «Visa» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinə aid əlavə 5 min plastik kart emissiya edəcək.

Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, «Azercard» Prosessinq Mərkəzi vasitəsi ilə emissiya olunacaq kartların 70%-i debet funksiyalı olacaq: «Hazırda bankın emissiya etdiyi plastik kartların sayı 10 minə yaxındır və cari ilin sonunadək bu göstəricinin 50% artırılaraq 15 minə çatdırılacağı gözlənilir».

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 125,395 mln. manat, depozit portfeli 50,374 mln. manat, kredit portfeli 86,273 mln. manat, məcmu kapitalı 21,618 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR