Bank Of Baku

IFC «Bank Respublika»ya iri həcmli kredit ayırıb

IFC «Bank Respublika»ya iri həcmli kredit ayırıb
# 02 oktyabr 2009 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İstanbulda (Türkiyə) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) arasında 20 mln. ABŞ dolları məbləğində kredit xəttinin açılmasına dair sazişin imzalanma mərasimi keçirilib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 5 il müddətinə açılan bu kredit xətti Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, «Bank Respublika» və IFC 2007-ci ildən əməkdaşlıq edir.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın kapitalında «25%+1 səhm» iştirak payı alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR