Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 2 müştəriyə ümumi dəyəri 11 497 089,84 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 9 991 395,92 manat olan broker xidmətləri göstərmiş «YapıKredi İnvest» tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 9 201 445,42 manatla «BoB Broker» qərarlaşıb.
Qeyd edək ki, sentyabr ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, avqust ayında göstərilmiş broker xidmətlərin maksimal həcmi 17 156 931,46 təşkil edib.
2009-ci ilin sentyabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinqi
Mövqe (sentyabr) | Mövqe (avqust) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatlarının həcmi (AZN) |
1 | 10 | Caspian Financial | 5 | 2 | 11 497 089,84 |
2 | 3 | YapıKredi İnvest | 2 | 1 | 9 991 395,92 |
3 | 5 | BoB Broker | 5 | 1 | 9 201 445,42 |
4 | 4 | Texnika Capital Management | 14 | 4 | 8 741 441,92 |
5 | 6 | Chelsea Capital | 7 | 3 | 8 299 045,46 |
6 | 7 | Respublika İnvest | 3 | 2 | 7 294 435,78 |
7 | 1 | Unicapital | 2 | 2 | 3 148 150,88 |
8 | 8 | Standard Capital | 2 | 2 | 2 620 514,26 |