Bank Of Baku

Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
# 02 oktyabr 2009 16:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Dünya Bankı və Azərbaycan hökuməti tərəfindən 30 sentyabr 2009-cu il tarixində keçirilmiş Azərbaycanda Portfelin Səmərəliliyinin Birgə İcmalı üzrə toplantının nəticələri və Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqram və layihələrin səmərəliliyi müzakirə edilib.

Bununla yanaşı Ə.Alam tərəfindən Dünya Bankının yaxın gələcəkdə həyata keçirməyi planlaşdırdığı proqramlarla bağlı ümumi məlumat verilmiş və AMB ilə Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR