Bank Of Baku

Oqtay Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı inkişaf sektorunun direktorunu qəbul edib

Oqtay Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı inkişaf sektorunun direktorunu qəbul edib
# 02 oktyabr 2009 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Milli Məclisin sədri Oqtay Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı inkişaf sektorunun direktoru Piter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən Dünya Bankı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən O.Əsədov qeyd edib ki, 1995-ci ildən başlayaraq Dünya Bankı ilə əlaqələr intensiv xarakter daşıyır. Bu müddət ərzində qurumun dəstəyi ilə Azərbaycanda 47 layihə həyata keçirilib və bu layihələr çərçivəsində ölkə iqtisadiyyatının enerji, nəqliyyat, su təchizatı və digər sahələrində 2 mlrd. ABŞ dolları həcmində iş görülüb.

O.Əsədov Milli Məclisin Azərbaycanla Dünya Bankı arasında yaranmış faydalı əməkdaşlığa həmişə dəstək verdiyini və bu sahəyə həssaslıqla yanaşdığını diqqətə çatdırıb.

Dünya Bankının nümayəndəsi isə təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb. P.Tomson onu da vurğulayıb ki, Dünya Bankı Azərbaycanda qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş nailiyyətlərlə kifayətlənməyərək, gələcəkdə də müxtəlif sahələr üzrə layihələri dəstəkləmək niyyətindədir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR