Bank Of Baku

Maliyyə Nazirliyinin keçirdiyi tenderin qalibi “BestComp Group” şirkəti olub

Maliyyə Nazirliyinin keçirdiyi tenderin qalibi “BestComp Group” şirkəti olub
# 03 oktyabr 2009 08:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidməti İdarəetmə və İnformasiya Sistemi Proqram təminatının və əlaqədar xidmətlərin işlənib hazırlanmasının həyata keçirilməsi məqsədi ilə keçirilmiş tenderin nəticələri müəyyən olub.

Tender komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderin qalibi “BestComp Group” şirkəti olub. Artıq Maliyyə Nazirliyi ilə “BestComp Group” şirkəti arasında Dövlət Sığorta Nəzarəti xidməti İdarəetmə və İnformasiya Sistemi Proqram təminatının və əlaqədar xidmətlərin işlənib hazırlanmasının həyata keçirilməsi üzrə müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR