Bank Of Baku

«Royal Bank» ATM və POS-terminal şəbəkələrini genişləndirir

«Royal Bank» ATM və POS-terminal şəbəkələrini genişləndirir
# 05 oktyabr 2009 06:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi ATM şəbəkəsini 16% genişləndirərək mövcud bankomatların sayını 36-ya çatdıracaq.

Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq sifariş əsasında banka Macarıstan istehsalı olan NCR markalı 5 bankomat gətirilib və həmin ATM-lər ilin sonunadək paytaxtdakı biznes və ticarət mərkəzlərində quraşdırılacaq.

POS-terminallara gəldikdə isə, F.Həsənov cari ilin sonunadək bunların şəbəkəsinin 15,8% genişləndiriləcəyini və sayının 110-a çatdırılacağını qeyd edib.

Qeyd edək ki, hazırda bankın 31 bankomatı və 95 POS-terminalı mövcuddur.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 125,395 mln. manat, depozit portfeli 50,374 mln. manat, kredit portfeli 86,273 mln. manat, məcmu kapitalı 21,618 mln. manat, o cümlədən nizamnamə kapitalı 19,912 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR