Bank Of Baku

«AccessBank» Bakıda yeni filial açıb

«AccessBank» Bakıda yeni filial açıb
# 05 oktyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı şəhərində daha bir filialı istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial paytaxtın Tbilisi prospekti,3 ünvanında yerləşən «Natəvan» Biznes Mərkəzində açılıb. Bununla da bankın filiallarının ümumi sayı 23-ə çatıb.

Bankın baş meneceri Endryu Pospilovskinin sözlərinə görə, «Natəvan» filialında tam çeşidli qeyri-kredit bank xidmətləri, o cümlədən, cari və depozit hesabları, «VISA» plastik kartları, pulköçürmə və s. xidmətlər təqdim olunur: «AccessBank»ın müştərilərinin sayı durmadan artır və biz öz növbəmizdə onlara daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi ilə filiallarımızı əlverişli yerlərdə açırıq».

Qeyd edək ki, bankın Bakıda yerləşən filiallarının sayı 12-yə çatıb («Mərkəz», «Babək», «20 Yanvar», «Xalqlar Dostluğu», «Azadlıq», «Elmlər Akademiyası», «Səbail», «Bülbül», «Bakıxanov», «Mərdəkan», «Badamdar» və «Natəvan»).

Xatırladaq ki, «AccessBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR