Bank Of Baku

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb
# 05 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda iki kredit ittifaqı qeydiyyatdan keçib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Qeydiyyatdan keçmiş «Real Kredit İttifaqı» MMC Bakı şəhərində, «Ziya Kredit İttifaqı» MMC isə Gəncə şəhərində yerləşir.

Sentyabrın 15-də dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Xətai rayonu, Tağızadə küç., ev 11/15, mən. 31 olan «Real» kredit ittifaqının nizamnamə kapitalı 4 min manatdır. Kredit ittifaqının qanuni təmsilçisi Bəxtiyar Nəsibovdur.

«Ziya» kredit ittifaqı isə Gəncə şəhəri F.Əmirov küç., ev 28, mən. 69 ünvanı üzrə qeydiyyatdan keçib. Təsisçisi Ziyəddin Əmrəslanov olan kredit ittifaqının nizamnamə kapitalı 4 008 manat təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda 79 kredit ittifaqı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR