Bank Of Baku

«UniBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub

«UniBank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 05 oktyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) «Lider» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın müştəriləri bütün filiallar vasitəsi ilə dollar, avro və rubl ilə pulköçürmə əməliyyatları apara bilər. Sistem üzrə komissiya haqqı hər bir əməliyyat üzrə məbləğin 1-2%-ni təşkil edir.

Qeyd edək ki, «Lider» bankın qoşulduğu 7-ci pulköçürmə sistemidir. «UniBank» bundan öncə «Western Union», «Bıstraya Poçta», «Contact», «Faster», «Xpmoney» və «Migom» sistemlərinə qoşulub.

Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 24 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR