Bank Of Baku

Oktyabrda Azərbaycan Korporativ İdarəetmə Layihəsinin II fazasının növbəti pilot şirkəti seçiləcək

Oktyabrda Azərbaycan Korporativ İdarəetmə Layihəsinin II fazasının növbəti pilot şirkəti seçiləcək
# 05 oktyabr 2009 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının ortalarında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə Azərbaycan Korporativ İdarəetmə Layihəsinin (AKİL) ikinci fazasının növbəti pilot şirkətini seçəcək. Bu barədə «APA-Economics»ə AKİL-in rəhbəri xanım Karolina Brayt bildirib.

Onun sözlərinə görə, ötən ilin iyun ayında layihənin ikinci fazasına başlanılıb və IFC tərəfindən artıq iki pilot şirkət seçilib ki, bunlar, «CredAgro» qeyri-bank kredit təşkilatı və «Turan Bank» ASC-dir: «Ümumiyyətlə, layihənin ikinci fazası çərçivəsində altı pilot şirkət seçiləcək. Növbəti şirkətin seçimi isə təxminən bir həftədən sonra həyata keçiriləcək».

K.Brayt üçüncü şirkətin adını hələ açıqlamasa da, qeyd edib ki, bu, bank sektoruna aid olmayan təşkilatdır.

Qeyd edək ki, AKİL-in ikinci fazası üç il davam edəcək. Layihənin birinci fazasında isə 6 pilot şirkət seçilib və nəticədə, onlar 100 mln. ABŞ dollarından artıq vəsait cəlb edə bilib.

Xatırladaq ki, Azərbaycan 1996-cı ildə İFC-yə üzv olub. Bu günədək İFC ölkədəki 37 layihəyə 266 mln. dollar, bankçılıq, korporativ idarəetmə, lizinq, kiçik və orta müəssisələrin inkişafı, ipoteka kreditləşməsi, qiymətli kağızlar bazarının və digər sahələrin inkişafı üçün 104 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR