Bank Of Baku

«Azərdəmiryolbank» əmanətçilər üçün yeni uduş kampaniyası keçirir

«Azərdəmiryolbank» əmanətçilər üçün yeni uduş kampaniyası keçirir
# 05 oktyabr 2009 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) fəaliyyətinin 20 illiyi ilə bağlı əmanətçilər arasında «Yubiley» adlı uduş kampaniyası keçirir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada «Toyota RAV4» avtomobili, Praqa, Vyana, Milan və Paris şəhərlərinə hər biri 7 günə ikinəfərlik səyahətlər və 15 ədəd «Samsung» videokameraları oynanılır.

Uduş kampaniyasında «Azərdəmiryolbank»da ən azı 1000 manat (dolar, avro və ya funt sterlinq) məbləğində, ən azı 12 ay müddətində olan əhalinin bütün əmanətləri iştirak edir («Sarı» əmanəti istisna olmaqla). Əmanətin hər 1000 manat (dolar, avro və ya funt sterlinq) məbləği hər hədiyyənin uduşu zamanı 1 şansa bərabərdir.

Hədiyyələrin oynanılması bu ilin oktyabr ayından 2010-cu ilin yanvar ayı daxil olmaqla hər ayın 30-u tarixində keçirilir. Bu ilin oktyabr-dekabr ayları ərzində hər ay 4 ədəd videokamera və 1 ədəd Xaricə Səyahət paketi oynanılır. Növbəti ilin yanvar ayında isə 3 ədəd videokamera, 1 ədəd Xaricə Səyahət paketi və əsas hədiyyə «Toyota RAV4» avtomobili oynanılacaq. Qeyd edək ki, kampaniyada «Azərdəmiryolbank»ın səhmdarlarının və əməkdaşlarının əmanətləri iştirak etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR