Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının konfransı təxirə salınıb

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının konfransı təxirə salınıb
# 05 oktyabr 2009 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) bu ilin oktyabr ayının ikinci yarısına planlaşdırdığı IV konfransı təxirə salıb.

AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov «APA-Economics»ə verdiyi məlumata görə, konfransın təxirə salınmasının əsas məqsədi vəsait çatışmazlığı ilə bağlı olub: «Konfransın oktyabr ayında qeyd olunan Kredit İttifaqlarının Beynəlxalq Günündə (15 oktyabr) keçirilməsi planlaşdırılırdı. Məqsəd isə bu barədə Azərbaycandakı kredit ittifaqlarını məlumatlandırmaq idi. Lakin təəssüflər olsun ki, maliyyə çatışmazlığı baxımından tədbir təxirə salınıb».

Qeyd edək ki, bu konfrans AKİA tərəfindən hər il keçirilir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat məbləğində müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR