«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,16% azalaraq 0,8029 manat təşkil edib. Dolların rəsmi məzənnəsi dəyişməyib və 0,8035 manata bərabər olub:
Göründüyü kimi, ötən həftə dolların birja məzənnəsi bir ticarət sessiyası ərzində kəskin enib. Belə ki, oktyabrın 1-də keçirilmiş ticarət əməliyyatları zamanı cəmi bir əqd bağlanıb və dolların məzənnəsi əvvəlki günün bağlanma məzənnəsi ilə müqayisədə azaldılıb.
Ötən həftə ərzində avronun məzənnəsinin dinamikası da azalmanı nümayiş etdirib. Belə ki, avronun rəsmi məzənnəsi 0,3% azalaraq həftənin son gününə 1,1689 manat təşkil edib: