Bank Of Baku

Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb

Azərbaycanda pul bazası yenidən azalmağa başlayıb
# 05 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu 2009-cu ilin oktyabr ayının 1-nə 4 170,4 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,2 mln. manat və ya 0,5% azalıb. Eyni zamanda, cari ilin əvvəlindən manatla pul bazası 610,9 mln. manat və ya 12,8% azalıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.

Cari ilin ilk 4 ayı ərzində pul bazasının azalması, sonrakı 4 ay ərzində isə artımı müşahidə olunub. Göründüyü kimi, sentyabr ayında artım tendensiyası yenidən mənfiyə doğru dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR