Bank Of Baku

Sentyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 6% artıb

Sentyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 6% artıb
# 05 oktyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 42 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 14 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 46,742 mln. manat və ya dollar ekvivalentində 58,184 mln. təşkil edib. Bu isə cari ilin avqust ayı ilə müqayisədə 2,9 mln. manat və ya 6,1% çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,909 mln. dollara çatıb. Halbuki, hər əqdin orta həcmi 1,385 mln. dollar təşkil edib.

Bununla bərabər, cari ilin ilk 9 ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1,547 mlrd. manat təşkil edib.

Eyni zamanda, sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların ilk beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (33,03%), «Paşa Bank» (21,04%), «Evrobank» (18,08%), «Bank of Baku» (7,46%) və «UniBank» (7,39%), malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR